“Veysəloğlu” işçilər axtarır – VAKANSİYALAR

Veysəloğlu MMC

Arxivçi

Son tarix 27 okt 2024 – [email protected]

Şirkət: “Veysəloğlu” MMC

Funksiya: İnsan Resursları və Korporativ Kommunikasiyalar direktorluğu/ Sənədlərin idarə olunması və arxiv əməliyyatları bölməsi

İş yeri: Bakı şəhəri

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

İşin Təsviri: Şirkətin sənəd dövriyyəsinin sistemləşdirilməsi, saxlanılması, məxfiliyin qorunması və axtarışların həyata keçirilməsi.

Vəzifə öhdəlikləri:

  • Arxivə təhvil verilən sənədləri (təlimatlara uyğun olaraq) qəbul edən zaman aktla təhvil-təslim etmək; Aktda qeyd edilən sənədləri əsli ilə üzləşdirmək;
  • Qəbul edilmiş sənədlərin arxivdə yerini təyin etmək və yerləşdirmək;
  • Arxivdə yerləşdirilmiş sənədlərin yerini arxiv proqramında qeyd etmək;
  • Arxivdə saxlanma müddəti bitmiş sənədləri ayırmaq və onları prosedur qaydalarına uyğun olaraq məhv etmək;
  • İş yerinin və sənədlərin saxlandığı arxiv otaqlarının təmizliyi və səliqəliliyini lazımi səviyyədə saxlamaq;
  • Vəzifə fəaliyyətindən irəli gələn məsələlər haqqında müdiriyyət qarşısında çıxış etmək, rəhbərliyin verdiyi yazılı və şifahi göstərişləri yerinə yetirmək;
  • Ezamiyyədə olduğu zaman vəzifə təlimatından irəli gələn tələbləri icra etmək, iş sistemi ilə bağlı və digər pozuntu halları aşkarlandıqda birbaşa rəhbərini məlumatlandırmaq;
  • Sənədlərin saxlanma və texniki-təhlükəsizlik qaydalarının pozulması aşkar edildikdə dərhal rəhbərliyinə məlumat vermək;
  • Şirkətin mənafeyinin qorunması məqsədi ilə məlumatların məxfiliyini qorumaq;
  • Struktur bölmələrinə sənədlərin prosedur qaydalarına uyğun surətlərinin, ehtiyac olduqda isə əsillərinin verilməsini təmin etmək;
  • Arxiv işi üçün nəzərdə tutulmuş texnologiya və proqramlardan istismar və istifadə qaydalarına əməl etmək.

Tələblər:

  • Şirkətin sənədləri ilə işləmək bacarığı;
  • Kompüter və arxiv avadanlığı ilə işləmək bacarığı, ofis proqramları bilikləri;
  • Komandada işləmək bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Arxivçi” qeyd etməklə [email protected] elektron poçt ünvanına və  ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

İR əmək haqqı üzrə mütəxəssis

 Son tarix 27 okt 2024  – [email protected]

Şirkət: “Veysəloğlu” MMC

Funksiya: İnsan Resursları və Korporativ Kommunikasiyalar direktorluğu/İnsan Resursları Əməliyyatları Şöbəsi

İş yeri: Bakı şəhəri

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

Vəzifə öhdəlikləri:

  • Şirkət əməkdaşlarının aylıq əməkhaqqının (məzuniyyət, xəstəlik vərəqəsi, əlavə iş saatı, mükafatlar) davamiyyət cədvəllərinə əsasən hesablanmasını təmin etmək və vaxtında ödənilməsi üçün müvafiq funksiyaya yönləndirmək
  • İşçilərin məzuniyyət haqlarını, kompensasiyaları, son haqq-hesablarını hesablamaq və vaxtında ödənilməsini təmin etmək
  • Akt, icra və aliment tutulmalarını icra etmək
  • Xəstəlik vərəqələri və ezamiyyətlər üzrə ödənişlərin hesablanmasını həyata keçirmək və vaxtında ödənilməsini təmin etmək
  • Əmək haqqı kartlarının sifarişi və əməkdaşlara təhvil verilməsi
  • Vəzifə dərəcələndirmə, əməkhaqqı və bonus sistemlərini qurmaq və dəyişikliklərin edilməsini həyata keçirmək
  • Əməkhaqqı və digər aidiyyəti maliyyə məsələləri ilə bağlı işçilərin şikayətlərini dinləmək və həll edilməsi üçün müvafiq addımlar atmaq
  • İş proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək və bu proseslərin reallaşdırılmasında iştirak etmək
  • Əmək haqqı təlimatlarının hazırlanmasını təmin etmək və onların optimallaşdırılmasına dəstək olmaq
  • Əmək haqqı üzrə büdcə və proqnozlarının hazırlanmasında iştirak etmək
  • Şirkət üzrə əməkhaqqı büdcəsindən istifadəyə aylıq olaraq nəzarət etmək
  • Görülən işlərlə bağlı gündəlik, həftəlik, aylıq hesabatlar hazırlamaq və birbaşa rəhbərinə təqdim etmək

Tələblər:

  • Ali təhsil
  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi biliyi
  • Yüksək səviyyədə Azərbaycan (İngilis və Rus dilləri arzuolunandır)
  • Yüksək səviyyədə MS Office biliyi (Excel, PP, Word)
  • SAP və Bənzər ERP proqaramlarından istifadəetmə bacarığı
  • Güclü analitik və problem həll etmə bacarığı
  • Yüksək səviyyədə kommunikasiya bacarığı (şifahi və yazılı)

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə;

İş qrafiki:

  • Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “İR əmək haqqı üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına və  ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
 
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Middle Software Developer (Backend)

 Son tarix 26 okt 2024  – [email protected]

Sizə sürətlə böyüyən Şirkətlər Qrupunun #dinamik iş mühitində #perspektivli iş təklif edirik.
Vəzifə öhdəlikləri:

  • Sistem tələblərini təhlil etmək və tapşırıqları prioritetləşdirmək;
  • Mövcüd kodu nəzərdən keçirmək və təkmilləşdirmək;
  • Texniki sənədlərin və prosedurların yaradılmasında iştirak etmək;
  • Layihənin texniki komandası ilə işlərin təşkilində aktiv iştirak etmək;

Tələblər:

  • 2+ il Software engineering üzrə təcrübə, infrastruktur, məlumat bazalarına dair biliklərə üstünlük verilir;
  • NET environment and .NET Core Stack tech – (e.g. ASP.NET/MVC, WEB API,  EF, EF Core) üzrə təcrübə;
  • Git texnologiyaları üzrə təcrübə;
  • MSSQL (T-SQL) üzrə təcrübə;
  • Algorithm Design,Algorithm optimization üzrə təcrübə;
  • OOP, AOP, OOAD, OO Epistomology, Software Design, Enterprise Design, Design Patterns və SOLID üzrə təcrübə;
  • Test Driven Development, Domain Driven Design üzrə təcrübə;
  • Memory optimization üzrə təcrübə;
  • Microsoft Azure texnologiyaları üzrə təcrübə arzuolunandır.

İş şərtləri:

  • İş məkanı: Azure Plaza
  • Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
  • İş rejimi: 5 gün (həftəiçi)
  • Nahar: Təmin edilir

Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Middle Software Developer (Backend)” yazmaqla, öz CV-lərini [email protected] və job.veyseloglu.az ünvanına göndərə bilərlər.