“Bank Respublika” 30 yaşına həsr edilmiş nağd kredit kampaniyası elan edir!

Müştərilərini hər zaman maraqlı və sərfəli kampaniyalarla sevindirən “Bank Respublika” ASC yaranmasının 30-cu ildönümünə həsr edilmiş, xüsusi güzəştlərlə zəngin Yubiley Endirimi” adlı nağd kredit kampaniyasına start verib.

Belə ki, iyunun 30-na qədər Banka müraciət edən istənilən peşə sahibləri nağd istehlak kreditlərini illik 14%-lə və 0% komissiya ilə götürmək imkanı əldə edəcəklər.

Hər kəsi sevindirəcək kampaniya çərçivəsində müştərilər nağd krediti “Bank Respublika”da sərfəli şərtlərlə rəsmiləşdirə biləcək:

– Maksimal məbləğ 50 000 manat;

– Maksimal müddət 48 ay;

– Güzəşt müddəti 3 ay;

– Zamin tələb olunmur;

– Sığorta xərci yoxdur.

“Bank Respublika”dan daha öncə kredit götürən müştərilər isə, banka gəlmədən onlayn müraciət edərək krediti birbaşa kartlarına ala biləcəklər.

Kampaniyadan faydalanmaq istəyən istənilən peşə sahibləri, nağd istehlak kreditini bankın filiallarına müraciət edərək və ya bankın rəsmi saytında onlayn müraciət edərək, eləcə də “WhatsApp”da Çat-Bot xidmətindən istifadə edərək 051 4 144 144 nömrəsinə “Kredit” yazıb göndərərək asanlıqla sifariş edə bilərlər.

Arzularınızın çin olması istəyirsinizsə, Siz də Yubiley Endirimlərindən faydalanmağa tələsin!

Daha ətraflı məlumatı bankın rəsmi web saytındafacebookinstagramlinkedin səhifələrində və yaxud Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.