SOCAR və “Srbijagas” arasında qaz təchizatı üzrə alqı-satqı müqaviləsi imzalanıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Serbiyanın “Srbijagas” şirkəti tərəfindən 1 noyabr 2024-cü il – 1 aprel 2025-ci il tarixləri arasında əlavə gündəlik 1 milyon kubmetr qaz təchizatı üzrə alqı-satqı müqaviləsi imzalanıb.

İndex.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Nazir bildirib ki, həmçinin “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Serbiya Respublikasının Mədənçilik və Energetika Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

O qeyd edib ki, Belqradda Serbiyanın mədənçilik və energetika naziri Dubravka Djedoviç Handanoviç ilə enerji əməkdaşlığımızın genişləndirilməsinə dair səmərəli görüşü olub.