Georgina Rodriguez: “Ronaldonun “Mançester Yunayted”dən ayrılmaq qərarı məni xoşbəxt etdi”

Georgina Rodriguez həyat yoldaşı Kristiano Ronaldonun “Mançester Yunayted”dən ayrılmaq qərarının onu xoşbəxt etdiyini bildirib.

İndex.az xəbər verir ki, Georgina Rodriguez etiraf edib ki, Kristiano Ronaldo Mançester Yunayteddən ayrıldıqdan sonra böyük bir rahatlıq hiss edib.

Qeyd edək ki, məşhur cütlük 2022-ci ildə “Mançester Yunayted”dən ayrılan Ronaldonun Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasına qoşulması ilə yeni bir başlanğıc edib.

Rodriguez şəhəri tərk etmək arzusu olduğunu da etiraf edib: “Kristiano “Əl-Nəsr”də oynayacağını deyəndə çox rahatladım, çünki həqiqətən Mançesterdən ayrılmaq istəyirdim”.

Rodriguez xüsusilə Ronaldonun ikinci dövründə Mançesterdə yaşamaqdan çox da məmnun olmadığını bildirib. Səudiyyə Ərəbistanına köçmək üçün həyəcanlı olduqlarını söyləyən Georgina, uzun müddət bir oteldə yaşamanın ilkin çətinliklərinə baxmayaraq, yeni ölkədəki həyatlarına uyğunlaşdıqlarını izah etdi. İlk günlərdə yaşadıqları çətinliklərə toxunan Rodriguez, daha əvvəl bu qədər uzun müddət oteldə yaşamadıqlarını bildirib.

Cütlüyün Ər-Riyadda lüks oteldə müvəqqəti qaldığı bu müddətdə Rodriguez çətin günlər keçirdiyini, lakin zamanla hər şeyin yaxşılaşdığını bildirib. Xüsusilə Ronaldonun meydandan kənarda daha dinc bir həyat axtardığını ifadə edən Rodriguez, “Əl-Nəsr”dəkı yeni təcrübələrindən xoşbəxt olduğunu ifadə edib.