Fransada beynəlxalq investorları əmin etmək üçün zənginlərə yeni vergi tətbiq ediləcək

Baş nazir Mişel Barnier Fransanın yüksək büdcə kəsirini düzəltmək və beynəlxalq investorları əmin etmək üçün varlı şəxslərə və iri korporasiyalara yeni vergi tətbiqini müzakirə edir.

İndex.az xəbər verir ki, məsələ ilə bağlı “France 2” televiziyasına açıqlama verən Barnier, orta təbəqə və işçilər üçün vergilərin artırılmasından qaçmaq istədiyini söylədi.

Bununla belə, o vurğulayıb ki, xərcləri azaltmaq və Fransanın ciddi borc problemini həll etmək üçün kollektiv səy göstərilməlidir.

Digər tərəfdən, Fransanın yeni hökuməti etimadsızlıq səsverməsi təhlükəsi altındadır. Yeni administrasiyanı dəstəkləyən bəzi deputatlar deyir ki, Barnieri dəstəkləməyin şərtlərindən biri onun vergiləri artırmamasıdır.

“Vəziyyəti düzəltmək üçün milli səylərə ehtiyac var və mən burada ən zənginləri kənarda qoymayacağam. Bəzi çox böyük şirkətlər və yaxşı fəaliyyət göstərən transmilli şirkətlər də milli səylərə töhfə verə bilər”, – deyə Barnier bildirib.