Neymar “Real Madrid”in braziliyalı oyunçularına Mbappe ilə bağlı xəbərdarlıq edib

“Paris Saint-Germain”də birlikdə oynayan Neymar və Kylian Mbappé 2017-ci ildən 2023-cü ilə qədər 136 matçda birlikdə oynayıb və ümumilikdə bir-birinə 54 qol ötürməsi edib.

İndex.az xəbər verir ki, Neymar  2023-cü ilin yayında “Əl-Hilal” komandasına keçib, lakin zədə səbəbindən hələ də özünü tam göstərə bilməyib.

Digər tərəfdən, Mbappe bu yay “Paris Saint-Germain”dən ayrıldı və “Real Madrid”ə transfer edildi və hələ də ödənilməmiş maaşlara görə keçmiş klubu ilə gərginlik yaşayır.

Məşhur jurnalist Siril Hanounanın sözlərinə görə isə, Neymar “Real Madrid”in braziliyalı futbolçularına Mbappe ilə oynamağın çətinliklərindən danışıb. Hanouna, Neymarın Vinisius Jr, Rodrygo və Eder Militao kimi braziliyalı komanda yoldaşlarına Mbappe haqqında “onunla oynamağın fəlakət olduğunu” və “cəhənnəm” kimi bir təcrübə keçirdiyini söylədi.

Mbappe “Real Madrid”də çətin başlanğıc etməsinə baxmayaraq, “Real Sosyedad”a qarşı göstərdiyi performansla diqqət çəkib və matçın oyunçusu seçilib. Fransız ulduz “Real Madrid”də karyerasına sürətli başladı və yeni klubunda altı matçda dörd qol vurdu.