ABŞ-da illik inflyasiya son 3,5 ilin ən aşağı səviyyəsinə çatıb.
İndex.az xəbər verir ki, ABŞ-da İstehlak Qiymətləri İndeksi (İQİ) avqust ayında gözləntilərə uyğun olaraq illik bazda 2,5% artıb.
Ölkədə dəyişən enerji və ərzaq qiymətlərini nəzərə almayan əsas İQİ avqust ayında aylıq 0,3%, illik isə 3,2% artıb.
Son zamanlar inflyasiya ilə bağlı narahatlıqların azaldığını bildirən analitiklər, zəifləyən məşğulluq bazarının tənəzzül riskini qidalandırdığı üçün investorların ehtiyatlı olduqlarını qeyd ediblər.