Beynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings” qlobal iqtisadi artım proqnozunu artırıb.
İndex.az xəbər verir ki, “Fitch Ratings” bu il qlobal iqtisadiyyat üçün artım gözləntisini 2,6%-dən 2,7%-ə yüksəldib.
Hesabatda bu göstəricinin iyun ayında proqnozlaşdırılandan 0,1 bənd yüksək olduğu, ABŞ, Böyük Britaniya, Braziliya və Rusiya üçün artım proqnozlarının yuxarıya doğru yenidən nəzərdən keçirildiyi bildirilib.
Hesabatda göstərilib ki, ABŞ-da iqtisadi artımın yavaşlaması səbəbiylə qlobal iqtisadi artım 2025-ci ildə 2,5%, 2026-cı ildə isə 2,4% olaraq qeydə alınıb.