Blinken: “Qəzzada atəşkəs sazişinin bağlanmasına zəmanət yoxdur”

ABŞ dövlət katibi Entoni Blinken Qəzza zolağında demək olar, razılaşdırılmış atəşkəs sazişinin bağlanacağına dair heç bir zəmanət olmadığını bildirib.

İndex.az xəbər verir ki, bu barədə “Sky News”a istinadən xəbər verir.

Britaniya telekanalına müsahibəsində E.Blinken danışıqların uğuruna inandığını, lakin atəşkəs yolunda hələ də maneələrin olduğunu vurğulayıb.

“Nə qədər çox vaxt keçsə, bizi geri qaytaracaq və ya gələcək işimizi çətinləşdirəcək gözlənilməz hadisə riski bir o qədər çox olar, amma sənəddə və artıq razılaşdırılanlara əsaslanaraq əminəm ki, artıq məqsədə yaxınıq. Bu o deməkdir ki, biz buna nail olacağıq? Xeyr, çünki hələ də çətin məsələlər var. Nəticədə tərəflərin qərar qəbul etməsi zəruri olacaq”, – o deyib.

Blinkenin sözlərinə görə, indi söhbət İsrailə və ya radikal HƏMAS hərəkatına təzyiqin artırılmasından deyil, hər iki tərəfin razılaşmanın onların maraqlarına uyğun olduğunu başa düşməsindən gedir. Dövlət katibi həmçinin vurğulayıb ki, ABŞ İsrail rəhbərliyini təklif olunan şərtlərlə razılaşmağa məcbur edə bilməz, lakin onu belə bir addımın düzgünlüyünə inandırmaq cəhdlərini davam etdirəcək.