Uqandalı uzun məsafəyə qaçışçı Çepteqeyinin 33 yaşı var idi və son həftələrdə Paris Olimpiadasında qadınlar arasında marafonda iştirak etmişdi. Sentyabrın 1-də baş verən hücumda bədəninin 75%-dən çoxu yanıq xəsarəti alan idmançı hücumdan 4 gün sonra dünyasını dəyişib.
İndex.az xəbər verir ki, Çepteqeyin keçmiş sevgilisi Dickson Ndiema Maranqaç hücumdan sonra Qərbi Keniyanın Eldoret şəhərindəki Moi Tədris və Referans Xəstəxanasına aparılıb.
Xəstəxananın baş meneceri Filip Kirva bildirib ki, Maranqaç bazar ertəsi yerli vaxtla saat 18.30-da dünyasını dəyişib. Çepteqey də həmin xəstəxanada dünyasını dəyişib.
Kirva, Maranqaçın Çepteqeyə hücumu zamanı bədəninin yüzdə 41-dən çoxunun yandığını və yerli medianın məlumatına görə, bu hücumun Çepteqey uşaqları ilə kilsədən qayıtdıqdan sonra baş verdiyini bildirib.
“Bu adam qızımı öldürdüyü üçün öldü. Etdiklərinin əvəzini ödədi”, – Çepteqeyin atası Cozef Çepteqey “Reuters”ə deyib.