Mərkəzi ofisi Lüksemburqda yerləşən Aİ-nin ən yüksək hüquqi orqanı olan Avropa Ədalət Məhkəməsi “Google” və “Alphabet” şirkətlərinin Aİ Komissiyasının cəriməsinə qarşı qaldırdığı iş üzrə qərarını açıqlayıb.
İndex.az xəbər verir ki, məhkəmə “Google” və “Alphabet”in etirazını rədd etdi və 2,4 milyard avro cəriməni təsdiqlədi.
Avropa Ədalət Məhkəməsi “Google”un öz alış-veriş axtarış nəticələrini rəqib xidmətlər üzərində tanıtmasının ayrı-seçkilik olduğuna qərar verib.
Aİ, axtarış sistemi ilə öz alış-veriş xidmətlərinə üstünlük verdiyi səbəbi ilə “Google”a qarşı istintaq başlatdı.
2017-ci ildə Aİ Komissiyası “Google”u axtarış sistemi kimi bazardakı hökmranlığından sui-istifadə etdiyinə görə 2,4 milyard avro cərimələyib və axtarış sistemindən alış-veriş xidmətində rəqibləri ilə bərabər rəftar etməyi tələb edib.
“Google” sözügedən cəzaya qarşı hüquqi proses başlatdı. Şirkət Aİ cəriməsinin qanun, keyfiyyət və iqtisadiyyat baxımından yanlış olduğunu müdafiə etdi.
Aİ Baş Məhkəməsi ABŞ-da yerləşən “Google” şirkətinin Aİ Komissiyasının tətbiq etdiyi cəriməyə qarşı qaldırdığı iddianı qərara alıb və şirkətə tətbiq edilən 2,4 milyard avro cəriməni təsdiqləyib.