Azərbaycandan hava nəqliyyatı ilə səfər edənlərin sayı 32% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan hava nəqliyyatı ilə 37 ölkəyə 2 milyon 233 min 261 nəfər səfər edib.

İndex.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 ölkə (15,6 %)  32,1 % çoxdur.

8 ayda Azərbaycandan ən çox sərnişin 602 min 569 nəfər olmaqla Rusiyaya səfər edib. Bu da 1 il əvvələ nisbətən 27 % çoxdur.

Siyahıda Rusiyanı Türkiyə (590 min 735 nəfər sərnişin, + 17,4 %) və Birləşmiş Ərəb Əmirlikləri (268 min 779 sərnişin, +37,7 %) izləyib.

Daha sonra, Gürcüstan 13839 sərnişin (39,1 %), Səudiyyə Ərəbistan 84 609 sərnişin (+ 16,4 %), Hindistan 6372 (+ 6,3 dəfə), Qazaxıstan 61 953 sərnişin (+28,1 %), Qətər 41 768 sərnişin (+ 2 dəfə), İtaliya 4325 sərnişin (+2 dəfə) və Küveyt 34 229 sərnişin (+ 30,5 %) qərarlaşıb.

İlk onluğa Hindistanla, Qətər və İtaliya daxil olaraq Özbəkistanı (28 018 sərnişin, –32,7 %), İsraili (25 902 sərnişin, – 16,3 %) və Almaniyanı (20 156 sərnişin,  14,1 %) siyahıdan çıxarıb.

Təkcə avqustda isə Azərbaycandan 396 min 955 sərnişin daşınıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 23,8 % çoxdur. O cümlədən, ay ərzində Türkiyəyə səfər edənlərin sayı illik müqayisədə 5 % artaraq 106 min 685 nəfər olub.