FED sədri: “Uçot dərəcələrinin aşağı salınması üçün şərtlər uyğundur”

“Uçot dərəcələrinin aşağı salınması üçün şərtlər uyğundur”.

İndex.az xəbər verir ki , bu sözləri FED-in Nyu-York üzrə sədri Con Uilyams söylətib.

Uilyamsın sözlərinə görə, hazırda uçot dərəcələrini aşağı salmaq üçün şərtlər uyğundur:

“İqtisadiyyatın tarazlıqda olması və inflyasiyanın 2%-ə yaxınlaşması ilə, federal fondların uçot dərəcəsi üçün hədəf diapazonunu aşağı salmaqla siyasət mövqeyində məhdudlaşdırıcılıq dərəcəsini azaltmaq məqsədəuyğundur. İki hədəfimizə qarşı risklər hazırda yaxşı bir tarazlıqdadır və siyasətin bu tarazlığı əks etdirəcək şəkildə tənzimlənməsi lazımdır”.