Norveçdə elektrikli avtomobil satışı yeni rekorda imza atıb

Avropada elektrikli avtomobil satışında yavaşlama müşahidə olunsa da, Norveçdə vəziyyət əksinədir.

İndex.az xəbər verir ki, avqust ayında ölkədə elektromobillərin satışı 94%-ə çataraq yeni rekorda imza atıb.

Avqust ayında Norveçdə ölkə üzrə 11 min 114 nəqliyyat vasitəsi qeydiyyata alınıb və onlardan 10 min 480-i tam elektriklə işləyən avtomobillər olub.

İlin əvvəlindən satılan 78 min 832 avtomobilin 68 min 435-i elektrik modelləri olub və elektriklə işləyən avtomobillərin payı 87% təşkil edib.