Avrozona iqtisadiyyatı cari ilin ikinci rübündə artıb

Avropa Statistika İdarəsi (Eurostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın ikinci rübün ümumi daxili məhsulu (ÜDM) və məşğulluq məlumatlarını dərc edib.

İndex.az xəbər verir ki, Avrozona iqtisadiyyatı ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə 0,2% artıb.

Məlumatlara görə, 20 üzvlü Avrozonada mövsümi təsirlərdən təmizlənmiş ÜDM 2024-cü ilin ikinci rübündə birinci rüblə müqayisədə artım göstərib.

Avrozonada ÜDM ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 0,6% artıb.

İqtisadçıların proqnozu, Avrozonada ÜDM-in rüblük əsasda 0,3%, illik bazda isə 0,6% artacağı idi.