Qlobal bazarlar ABŞ-ın məşğulluq məlumatlarına fokuslanıb

Bu gün ABŞ-da məşğulluqla bağlı iqtisadi məlumatlar açıqlanacağı üçün qlobal bazarlar qarışıb.

İndex.az xəbər verir ki, dünən ABŞ-da “S&P 500” birjası 0,30% ucuzlaşsa da, “Nasdaq 100” sabit qalıb.

Məlumatlardan əvvəl Asiya birjaları qarışıq olsa da, “MSCI Asia Pacific” birjası həftəni enişlə başa vurmağa hazırlaşır.

Honq-Konqda birja ticarəti tayfun səbəbindən cümə günü səhər dayandırılıb.

“Bloomberg”in dollar indeksi üç gün ərzində təxminən 0,7% azalıb.

Yaponiya yeni, Filippin pesosu və Malayziya ringgiti kimi inkişaf etməkdə olan Asiya valyutaları bu səhər bahalaşıb.

ABŞ-da 2 və 10 illik istiqrazların gəlirləri həftənin əvvəlindən bu yana 19 baza bəndi azalıb.