“Galaxy S24” üçün “One UI 6.1.1” yeniləməsi gəlib

“Samsung” şirkəti “One UI 6.1.1” yeniləməsini “Galaxy S24” seriyasına göndərməyə başlayıb.

İndex.a xəbər verir ki, bu proqram təminatı 2024-cü ilin sentyabrında təhlükəsizlik yaması ilə bir çox yeni xüsusiyyətlər gətirir.

“One UI 6.1.1″dəki yeniliklər bunlardır:

  • “Galaxy AI” ilə sadə təsvirlərin sənət əsərinə çevrilməsi
  • Süni intellektlə portret şəkillərinin redaktə edilməsi
  • “Samsung” klaviaturasında yazmaq asanlığı
  • Müxtəlif proqramlarda zəng tərcüməsi
  • Fotolarda mətnin tərcüməsi
  • Dinləmə rejimi (mühazirə və təqdimatlarda xarici dilə tərcümə)
  • Eyni vaxtda səs yazısı və qeydlərin transkripsiyası
  • PDF fayllarının xülasəsi və tərcüməsi
  • Səs yazılarını dinləyərkən avtomatik dil aşkarlanması
  • Hava və vaxta görə dəyişən fərdi fonlar
  • Fotoşəkillərə canlı effektlər tətbiq edilməsi
  • Yavaş hərəkətli videonu dərhal qeyd edilməsi və paylaşılması
  • Müxtəlif üslublarda stikerlər və GIF-lər yaradılması
  • Şəkildən yalnız lazımi hissələri sürətlə kəsilməsi