Almaniyada fabrik sifarişləri 2,9% artıb

Almaniyada təyyarə, gəmi, hərbi maşın və qatarlar kimi böyük sifarişlər hesabına fabrik sifarişlərində ardıcıl ikinci ayda da artım qeydə alınıb.

İNdex.az xəbər verir ki, yerli istehsal məhsullarının sifarişləri iyul ayında iyun ayına nəzərən 2,9% artıb.

Fabrik sifarişləri keçən ilin eyni ayı ilə müqayisədə isə 3,7%-lik artım göstərib.

Bazar gözləntilərinə görə, fabrik sifarişləri aylıq olaraq 1,5% azalacaqdı.