Avrozonada pərakəndə satışlar artıb

Avropa Statistika İdarəsi (Eurostat) iyul ayı üçün Avropa İttifaqı (Aİ) və Avrozonanın pərakəndə satış məlumatlarını dərc edib.

İndex.az xəbər verir ki, Avrozonada pərakəndə satışlar iyul ayında bir əvvəlki aya görə 0,1% artarkən, illik bazda isə 0,1% azalıb.

Məlumata görə, Aİ-də pərakəndə satışlar iyul ayında əvvəlki ayla müqayisədə 0,2%, keçən ilin eyni dövrü ilə müqayisədə isə 0,4% artıb.