FED sədrindən xəbərdarlıq: “Uçot dərəcələri azaldılmalıdır”

FED-in San Fransisko üzrə sədri Meri Deyli bir sıra açıqlamalar verib.

İndex.az xəbər verir ki, Deylinin sözlərinə görə, əmək bazarının sağlam olması üçün uçot dərəcələrinin aşağı salınmasının zəruridir.

Deyli bildirib ki, uçot dərəcələrinin nə qədər azalacağını müəyyən etmək üçün daxil olan iqtisadi məlumatlar yaxından izlənilməlidir:

“İnflyasiya aşağı düşdükda iqtisadiyyat yavaşlayırsa, bu, uçot dərəcəsinin yüksək olmasından xəbər verir. Əmək bazarının sağlamlığını qorunub saxlamaq lazımdır. Uçot dərəcəsi yüksək olarsa, əmək bazarında əlavə bir yavaşlama ola bilər.