Avrozona iqtisadiyyatında artım son üç ayın ən yüksək həddinə çatıb

Avrozona iqtisadiyyatı avqust ayında xidmət sektorunda canlanma ilə əlaqədar artım göstərib.

İndex.az xəbər verir ki, iyul ayında 50,2 olan artım göstəricisi avqust ayında 51-ə yüksəlib.

Avqust ayında xidmət sektoru üzə artım göstəricisi isə 1 bal artaraq 51,9-dan 52,9-a çatıb.

Bu göstərici isə son 3 ayın ən yüksək həddidir.