Mərkəzi ofisi Rusiyada yerləşən Avropa Müəssisələri Assosiasiyası (AEB) bu ilin 8 ayında avtomobil satışlarının 2023-cü ilin eyni dövrü ilə müqayisədə 62% artdığını açıqlayıb.
İndex.az xəbər verir ki, açıqlamada, avqust ayında avtomobil satışlarının keçən ilin eyni dövrünə görə yüzdə 34 artaraq 155 min 277 ədədə çatdığı və bunun son 10 ilin ən yüksək səviyyəsi olduğuna diqqət çəkildi.
AEB-yə bağlı Avtomobil İstehsalçıları Komitəsinin sədri Aleksey Kalitsev məsələni dəyərləndirərkən deyib: “Bu artımın arxasında bəzi səbəblər var. Xüsusilə 2022-ci ilin fevral ayından sonra bazarda təklif kəsiri olsa da, bu, əhəmiyyətli bir artım yaratdı. Bu kəsir yeni modellərlə qapanır”.
Qeyd edək ki, 2022-ci ilin fevral ayına qədər Rusiyada bazar lideri olan Qərb avtomobil şirkətləri Ukraynada müharibənin başlaması ilə ölkədən çəkildiklərini açıqladılar.
Rusiyada dayanan avtomobil satışları 2023-cü ildə, xüsusən də Çin şirkətlərinin ölkəyə ixracatını artırması ilə bərpa prosesinə girdi.