Aya enəcək astronavtlar 4G ilə təchiz olunmuş skafandr geyinəcəklər

NASA-nın “Artemis 3” ekipaj missiyası bir neçə ildən sonra Ayın səthinə enməyə hazırlaşır.

İndex.az xəbər verir ki, yayılan məlumatlara görə, “Artemis 3” astronavtları 4G bağlantısı ilə təchiz olunmuş “AxEMU” adlı skafandrlar geyinəcəklər.

Bu skafandrlar “Axiom Space” tərəfindən hazırlanıb.

“AxEMU” kosmik kostyumlarının “Nokia” tərəfindən hazırlanmış 4G şəbəkəsinə qoşulma imkanı diqqəti cəlb edir.

“AxEMU” adlı yeni nəsil skafandr ötən il təqdim edilib.

Qeyd edək ki, “Apollon” missiyalarından sonra bəşəriyyət bir daha Aya ayaq basmayıb.

Ancaq yaxın bir neçə ildə bu, sürətlə dəyişəcək.

NASA-nın “Artemis 3” missiyası bəzi gecikmələrlə üzləşsə də, irəliyə doğru möhkəm addımlar atır.

Çinin də 2030-cu ilə qədər bu mövzuda hədəfləri var.