“Goldman”: “Trampın seçilməsi ABŞ iqtisadiyyatına zərbə vuracaq”

“Goldman Sachs” iqtisadçıları noyabrda keçiriləcək prezident seçkilərində Respublikaçılar və ya Demokratların qalib gəlməsinin ABŞ iqtisadiyyatı üçün mümkün nəticələrini dəyərləndiriblər.

İndex.az xəbər verir ki, bankın iqtisadçıları, o cümlədən Alis Fillips, ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçkilərdə qalib gələcəyi təqdirdə iqtisatiyyatın zərbə alacağı barədə xəbərdarlıq edib.

Verilən proqnozlara görə, Trampın vergi və daha sərt immiqrasiya siyasətlərinin iqtisadiyyata vurduğu zərbə digər vergi endirimlərinin göstərdiyi müsbət təsirdən daha çox olacaq.

“Goldman” iqtisadçılarının hesablamasına əsasən, Tramp qalib gələrsə iqtisadi inkişaf 0,5% azalacaq.

Bu zəifləmə isə ən azı 2026-cı ilə qədər davam edəcək.