“Togg” satışları son 14 ayın ən aşağı səviyyəsinə enib

Avqust ayında “Togg” satışları zəifləyib.

İndex.az xəbər verir ki, Avtomobil Distribyutorları və Mobility Assosiasiyasının (ODMD) məlumatlarına görə, avqust ayında cəmi 601 “Togg” avtomobili satılıb.

Bu isə son 14 ayda “Togg” satışlarında qeydə alınan ən aşağı performans idi.

Ekspertlərin rəyinə görə, qlobal elektromobil bazarındakı zəifləmə “Togg” satışlarına da təsir edib.