Çindən Kanadaya cavab: ARAŞDIRMA BAŞLADILIR

Çin Kanadadan kanola idxalı ilə bağlı antidempinq (yerli istehsala zərər vuran idxala qarşı) araşdırması aparacaq.

İndex.az xəbər verir ki, Kanada, Çindən edilən elektromobil, polad və alüminium idxalına tariflər tətbiq etdikdən sonra Çin Kanadadan kanola idxalına qarşı antidempinq araşdırması başladacaq.

Ticarət Nazirliyindən verilən açıqlamaya görə, Çin şirkətləri qanuni hüquq və mənafelərini qorumaq üçün lazım olan bütün tədbirləri görəcək.

Çin gömrük məlumatlarına görə, keçən il Çinin ümumi kanola (kolza) idxalının 90%-dən çoxu Kanadadan gətirilib və ümumi həcmi 5,05 milyon ton olub.