Qızılın qiyməti ardıcıl olaraq ikinci gün də ucuzlaşıb

Qızılın qiyməti 2500 dollara çatsa da, ABŞ-da açıqlanın iqtisadi məlumatlardan sonra ardıcıl olaraq ikinci gün də ucuzlaşıb.

İndex.az xəbər verir ki, qızıl həftənin ikinci ticarət günündə bir unsiya üçün 2 min 495 dollara satılıb.

Cümə günü ABŞ-da açıqlanacaq əmək haqqı hesabatı FED-in uçot dərəcələrini nə qədər tez azaldacağı barədə fikirləri dəqiqləşdirəcək.

Zəif əmək bazarı, ehtimal ki, daha aqressiv yumşalma gözləntilərini artıracaq.