NASA bacardı! Günəş yelkənləri artıq kosmosdadır

Kosmosa buraxıldıqdan dörd ay sonra NASA-nın günəş yelkəni missiyası nəhayət uğur qazandı.

İndex.az xəbər verir ki, günəş yelkənləri yanacaqsız hərəkəti təmin edəcək.

NASA növbəti bir neçə həftə ərzində yelkənli ACS3 missiyasını sınaqdan keçirəcək.

Hələlik gəmidən görüntü yoxdur, lakin ilk görüntülərin sentyabrın 4-də peykdəki dörd kameradan gəlməsi gözlənilir.

Alimlər indi gəminin manevr qabiliyyətini müşahidə edəcəklər.

Burada əldə edilən dəyərli məlumatlar gələcək missiyalara böyük töhfə verəcəkdir.