Çinlilər kiçik “Rolls-Royce” istehsal etdi – QİYMƏTİ 2 MİN DOLLAR

Çinin sosial media platforması olan “Weibo”da yayılan fotoşəkillər göstərir ki, Çində “Sugar Design” adlı şirkət kiçik “Rolls-Royce”a bənzər avtomobillər istehsal edir.

İndex.az xəbər verir ki, yayılan məlumatlara görə bu kiçik avtomobillərin qiyməti təxminən 2 min dollardır.

Öndən baxıldığında “Rolls-Royce”un “Ghost” midelinin miniatürü kimi görünən vasitə, lüks model kimi şaquli zolaqlardan ibarət xrom barmaqlığı ilə diqqət çəkir.

Ön kapotun forması və kənarlardakı faraların forması da lüks brendi xatırladan detallar arasındadır.