“Hyundai” elektromobil planlarından geri çəkilir

“Hyundai” gələcək üçün hədəflərini açıqlayarkən, hibrid modellərinin sayını iki dəfə artıracağını açıqlayıb.

İndex.az xəbər verir ki, şirkət qarşıdakı dövrdə elektromobillərə üstünlük verməyəcək.

Hazırda şirkətin bazarda 7 hibrid avtomobili var və qarşıdakı dövrdə bu rəqəm 14-ə yüksələcək.

“Hyundai”ın CEO-su Yehun Çanq mövzu ilə bağlı verdiyi açıqlamada, elektromobillərə tələbatın az olmasının onları bu qərara vadar etdiyini bildirib.