BYD-nin xalis mənfəəti 32,8% artıb

Dünyanın ən böyük elektrik avtomobil istehsalçısı olan BYD-nin xalis mənfəəti artıb.

İndex.az xəbər verir ki, BYD-nin aqressiv qiymət siyasətinə baxmayaraq xalis mənfəəti, ilin ikinci rübündə illik 32,8% artımla 9,1 milyard yuana (1,27 milyard dollar) çatıb.

BYD-nin hədəfinə görə, yaxın gələcəkdə şirkətin xarici satışları ümumi satışların yarısını təşkil etməlidir.