“Hyundai” yeni sistem ilə elektromobillərin yürüş məsafəsini artıracaq

“Hyundai” yeni sistem sayəsində elektromobillərin yürüş məsafəsini artıracaq.

İndex.az xəbər verir ki, “Hyundai” ənənəvi istilik sistemlərindən daha səmərəli olan radiasiyalı isitmə üsulu ilə xüsusilə soyuq iqlimlərdə elektrikli nəqliyyat vasitələrinin məsafə itkisini minimuma endirəcək.

Xüsusilə qış aylarında batareyanın temperaturunu qoruyaraq enerji səmərəliliyini artırmağı hədəfləyən “Hyundai” radiasiyalı istilik texnologiyasından istifadə edəcək.

Radiasiyalı isitməni ənənəvi sistemlərdən fərqləndirən ən mühüm xüsusiyyət, hava yerinə birbaşa insana istilik təmin etməsidir.