“Toyota Motor”, yaxınlaşan Şanşan qasırğası səbəbindən çərşənbə axşamından cümə axşamı səhərə kimi Yaponiyadakı 14 zavodunda fəaliyyətini dayandıracaq.
İndex.az xəbər verir ki, “Nikkei”in hesabatında yapon avtomobil istehsalçısının cümə axşamı səhər Yaponiya obyektlərinin fəaliyyətini davam etdirib-etdirməməyə qərar verəcəyi bildirilir.