Hamımızın bildiyimiz kimi, “Toyota”nın loqosu bir-birinə bitişik üç ovaldan ibarətdir.
İndex.az xəbər verir ki, 1937-ci ildə qurulduğu gündən bu yana 6 fərqli loqodan istifadə edən “Toyota”nın loqosu, 1989-cu ildə şirkətin 50 illik yubileyinin qeyd edildiyi zaman indiki şəklini alıb.
Yapon istehsalçısı digər brendlərin loqolarından fərqlənmək və daha orijinal dizayn yaratmaq üçün bu loqonu seçib.
Bəs bu bir-birinə bağlı ovallar nə deməkdir?
Ortada şaquli şəkildə yerləşdirilmiş və onu kəsən oval “Toyota”nın müştəriləri və şirkətlə münasibətini simvollaşdırır. Burada “Toyota” müştəriləri və məhsulları arasında güclü əlaqəni çatdırmaq istəyir. Eyni zamanda bu ovallar kəsişir və ‘T’ hərfini əmələ gətirir. Bu birbaşa brendin adını əks etdirir. Ən kənardakı oval da “Toyota”nın universallığını təmsil edir.
“Toyota”nın bu loqosu ilk dəfə “Celsior” modelində istifadə edilmişdir. Onu da xatırladaq ki, brend hibrid avtomobillər üçün mavi zolaqlı loqodan istifadə edir.
Bununla belə, “Toyota” keçən il mavi zolaqlardan istifadəni dayandıracağını və hibrid avtomobillərə nişan əlavə edəcəklərini açıqlamışdı.