“PAŞA Bank”da iş var – VAKANSİYALAR

PASHA Bank

International Payment Systems / Specialist

Son tarix 11 iyn 2022 – [email protected]

Vəzifənin məqsədi:

Bank kartları ilə keçirilən ölkədaxili və ölkəxarici əməliyyatların qarşılıqlı tələb və öhdəliklərin hesablanması yolu ilə nağdsız hesablaşmaların aparılmasına, Klirinq fayllarının və əməliyyatlarının vaxtında icra edilməsi və proses zamanı yaranan problemlərin müəyyən edilib aradan qaldırılmasına görə məsuliyyət daşıyır.

  • Gündəlik olaraq bank kartları üzrə Prosessinq Mərkəzlərindən  klirinq faylarının mübadiləsi və emal edilməsi (Visa, Master, Milli Kart, BKM və Kapital);
  • Bank ödəmə sistemləri üzrə (Visa, Master) daxil olan hesabatlar əsasında müxabirləşmələri bank proqramında icra etmək;
  • Gündəlik olaraq bank sistemində günün bağlanması prosesinin aparılması və  Prosessinq mərkəzlərinə (Visa, Master, Milli Kart və BKM, Kapital) faylların göndərilməsi;
  • Pos-terminalların qeydiyyatı, cash-back əməliyytalarının sazlanması, yeni aqreqatorların sistemdə qeydiyyatı, MCC kodların müəyyən edilib sazlanması, yeni tranzit hesabların açılması, tranzit hesabdan vəsaitlərin köçürülməsi üçün Flex sistemində rekvizitlərin sazlanması:
  • Visa və  Mastercard  ödəniş sistemləri üzrə chargeback əməliyyatları  və digər hesabatların hazırlanması və təqdim olunması.
  • Visa,  Mastercard  və BKM ödəniş sistemləri üzrə chargeback əməliyyatları prosessinin aparılması
  • Visa Quarterly report və Mastercard QMR hesabatlarının hazırlanmsı və sistemə daxil edilməsi
  • Əlavə olunan yeni sistemlərin və proseslərin təkmilləşdirilməsi.
  • Gələn ödənişlərin bütün uyğunsuzluqlarının müəyyənləşdirilməsi və bu məbləğlərin tranzit hesablardakı qalıqların vaxtında əks etdirilməsi. Daxili və xarici qaydalara uyğun olaraq müvafiq tədbirlərin görülməsi, vaxtında və düzgün icrasının təmin edilməsi.
  • Əməliyyat gününün sonunda, bütün əməliyyatların vaxtında və düzgün aparılmasını təmin etmək üçün bütün əlaqəli hesabların yoxlanılması. Neqativ hesabların yoxlanılması və tələb olunan müxabirləşmələrin verilməsi.
  • Daim yenilənən processləri nəzərə alaraq prosedurlar və qaydalar üzrə biliklərin artırılması.

Tələb olunan bilik, bacarıq və təcrübə:

  • Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
  • Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə  minimum 2-3 il
  • Xarici dillər: İngilis dili (orta səviyyə), Rus dili (orta səviyyə), Azərbaycan dili (yüksək səviyyədə)
  • Kompüter bilikləri: Microsoft Office (excel, world)
  • Məhsul üzrə biliklər: Bank kartları üzrə mövcüd olan Ödəmə sistemləri  sahəsində təcrübə, ölkədaxili prosessinq mərkəzlərinin işləmə prinsipi üzrə məlumat
  • Başqa tələblər: Kart sistemində  işləmə bacarığı. Görülən iş barəsində hesabat vermə bacarıqları, ünsiyyət bacarıqları və özünü inkişaf etdirmə bacarıgı

 

Müştəri Meneceri

Son tarix 01 iyn 2022

 Əhatə dairəsi / Strateji öhdəlik:

Kiçik və Orta Sahibkarlıq Seqmentinə uyğun olan müştərilərə Bank məhsul və xidmətlərinin satışını təşkil etməklə qarşıya qoyulmuş satış hədəflərinə nail olmaq üçün, müştəri ilə Bank arasında münasibətləri idarə etmək və mövcud fürsətləri araşdırmaqla müştəri bazasının artımına nail olmağa məsuliyyət daşıyır.

Vəzifə öhdəlikləri:

  • Potensial müştərilər ilə birbaşa əlaqə yaradaraq, onların banka müştəri kimi cəlb edilməsini təmin etmək üçün, onlara Bank tərəfindən biznes bankçılıq seqmentinin müştərilərinə təqdim edlən bütün məhsul və xidmətlər haqqında məlumatın verilməsi
  • Rəhbərlik tərəfindən hər ay təqdim edilmiş fərdi qaydada əks etdirilmiş hədəflərə çatması
  • Portfeldə olan mövcud müştərilərlə yüksək səviyyədə münasibətlərin qurulması
  • Yeni və mövcud müştərilərə yüksək səviyyədə xidmətin göstərilməsi
  • Müştərilər kredit üçün muraciət etdiyi halda onun biznesinin ilkin maliyyə təhlilini aparmaq və kredit analitikləri ilə səmərəli əməkdaşlıq
  • Kredit Risklərin Anderraytinqi departamentinin əməkdaşları ilə təhlil edilmiş biznesi müzakirə etmək və analizin detallı aparıldığını sübut edən dəlil və sübutların təqdim edilməsi
  • Aidiyyatı departamentin əməkdaşlarının, monitorinqləri həyata keçirməsi üçün, müştəri ilə görüşünün təşkil edilməsi
  • Fəaliyyəti haqqında rəhbərliyə günlük/həfətəlik/aylıq hesabat verilməsi
  • Kreditlərin geri ödənilməsinə nəzarət edilməsi (bankın daxili prosedurlarına uyğun olaraq davaranmaq və müştəri ilə birlikdə problemin həlli yollarını axtarmaq)
  • Müştəri portfelinin mənfəətliliyinə nəzarət edilməsi o control customer portfolio profitability
  • Yeni müştərilər cəlb edilərkən, prosesin mövcud ÖMT (Öz müştərini tanı) prosedurlarına uyğun aparılmasının təmin edilməsi

Tələb olunan bilik, bacarıq və təcrübə:

  • Təhsil: Maliyyə, İqtisadiyyat, Bankçılıq və ya müvafiq sahə
  • Tələb olunan iş təcrübəsi: 1-3 il
  • Xarici dillət: İngilis, Rus
  • Kompüter bilikləri: Microsoft Office
  • Məhsul üzrə biliklər: Bank məhsulları
  • Başqa tələblər: KOS Bankçılıq( kreditin təhlili və satış) sahəsində 1-3 illik təcrübə.