“Ford”, elektrikləşdirmə strategiyasını bir daha nəzərdən keçirəcək
İndex.az xəbər verir ki, “Ford” elektrikli nəqliyyat vasitələrinə ayırdığı xərcləri 40%-dən 30%-ə qədər azaldacağını açıqlayıb.
“Ford” bu qərarı, istehlakçı tələbinin azalmasına, təchizat zəncirindəki çətinliklərə və Çin avtomobil istehsalçılarının artan rəqabətinə görə verib.
Tamamilə elektriklə işləyən yolsuzluq avtomobili üçün hazırlanmış planları ləğv edən “Ford”, yeni nəsil elektrikli pikapını da təxirə salacaq.