“Apple” Avropa İttifaqından kənarda NFC ödənişini açır

Son aylarda Avropa Birliyi əməliyyat sistemini daha açıq etmək üçün “Apple”ə təzyiq göstərdi və nəticədə qalib gəldi.

İndex.az xəbər verir ki, təzyiq nəticəsində “Apple” Avropa Birliyindəki istifadəçilər üçün müxtəlif üstünlüklər təmin etdi.

Bu gün dərc edilən “Apple” məqaləsində iOS 18.1 ilə “iPhone NFC” istifadəsinin Aİ ölkələrindən kənarda açılacağı deyilir.

Qeyd edək ki, bir neçə ay əvvəl “Apple” Avropa Birliyi ölkələri üçün “Apple Pay” istisna olmaqla, NFC-dən istifadə etməyə icazə verdi.