Rusiya Mərkəzi Bankının paylaşdığı məlumatlarda rublun və bəzi xarici valyutaların xarici ticarətdə istifadə məzənnələri ilə bağlı məlumatlar yer alıb.
İndex.az xəbər verir ki, Rusiyanın Avropadan idxalında rublun payı iyun ayında əvvəlki ayla müqayisədə 4,3 bənd artaraq 58,7 faiz, Rusiyanın Afrikadan idxalında rublun payı isə 9,3 bənd artaraq 54,1 faiz olub.
Bu bölgələrdəki artımlarla rublun Rusiya idxalındakı payı iyun ayında 42,9 faizlə rekord səviyyəyə çatıb. Rublun ölkə ixracatındakı payı iyunda əvvəlki ayla müqayisədə 5,8 bənd artaraq 43 faizə çatıb.
Paylaşılan məlumatlara görə, may ayı ilə müqayisədə iyunda Rusiyanın xarici ticarətində dollar və avronun payı 20,1 faizdən 18,3 faizə düşüb. Rusiya Qərb ölkələrinin sanksiyalarına görə xarici ticarətində “zəhərli” hesab etdiyi dollar və avronun payını azaltmağa çalışır.