Dünən gecə Siciliya adasında təxminən 3300 metr yüksəklikdə olan Etna dağında son həftələrdə müşahidə edilən vulkanik fəaliyyətə yeni bir vulkan aktivliyi əlavə edildi.
İndex.az xəbər verir ki, İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) Etna Müşahidə Stansiyasından verilən açıqlamaya görə, vulkan dünən axşam saatlarında kül və lava püskürtməyə başlayıb və gecə yarısı fəaliyyətini dayandırıb.
Burada vulkanın ən son aktiv kraterlərindən biri olan Vorajin, püskürən kül və lava axını müşahidə olunub. Vulkanın püskürdüyü kül təxminən 9,5 kilometr hündürlüyə çatıb.
Yerli mətbuatda çıxan xəbərlərdə Etnanın səpdiyi küllərin vulkanın ətəklərindəki yaşayış məntəqələrinə düşdüyü, bəzi yaşayış məntəqələrində kül təmizləmə işlərinin davam etdiyi bildirilib.