İngiltərədə ev kirayəsi qiymətləri 8,6% artıb

İngiltərə Milli Statistika İdarəsinin (ONS) açıqladığı məlumatlara görə, İngiltərədə orta mənzil kirayəsi qiymətləri 8,6% artaraq 1319 funt-sterlinqə çatıb.

İndex.az xəbər verir ki, mənzil kirayəsi Uelsdə 7,9% artaraq 748 funt-sterlinqə, Şotlandiyada isə 8,2% artaraq 965 funt-sterlinqə çatıb.

Şimali İrlandiyada may ayı üçün ən son məlumatlara görə, bu dövrdə orta ev kirayəsi artımı illik bazda 10% olub.