Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) bu il üçün qlobal neft tələbi ilə bağlı proqnozunu əvvəlki proqnozu ilə müqayisədə gündəlik 135 min barel azaldıb.
İndex.az xəbər verir ki, qrupun ən böyük neft istehsalçısı Səudiyyə Ərəbistanında hasilat gündəlik 97 min barel artıb.
Eyni dövrdə Liviyada gündəlik hasilat 19 min barel azalıb.
OPEC-in xam neft hasilatı iyulda əvvəlki ayla müqayisədə gündəlik 185 min barrel artaraq 26 milyon 746 min barelə çatıb.
Bu dövrdə OPEC və OPEC-ə daxil olmayan bəzi istehsalçı ölkələrdən ibarət OPEC+ qrupunun gündəlik ümumi xam neft hasilatı əvvəlki ayla müqayisədə 117 min barel artaraq 40 milyon 907 min barel olaraq qeyd edilib.