X şəxsi məlumatlarımızı oğurlayır? – 9 ölkədə ŞİKAYƏT DALĞASI

Avropa İttifaqının (Aİ) 9 ölkəsində İlon Maska məxsus X sosial media platformasından şikayət edilib.

İndex.az xəbər verir ki, şikayətlərin səbəbi X-in süni intellekt şirkəti olan xAI-nin istifadəçilərin razılığı olmadan şəxsi məlumatları toplamasıdır.

Məlumatların təhlükəsizliyi sahəsində fəaliyyət göstərən “Noyb” adlı qeyri-hökumət təşkilatı Avstriya, Belçika, Fransa, Yunanıstan, İrlandiya, İtaliya, Niderland, İspaniya və Polşada Aİ Ümumi Məlumatların Qorunması Qaydasının (GDPR) pozulması səbəbiylə X süni intellekt proqramını şikayət etdiklərini açıqlayıb.

Açıqlamada X-in Avropada 60 milyondan çox istifadəçinin şəxsi məlumatlarından süni intellekt texnologiyalarını inkişaf etdirmək üçün, onların razılığı olmadan və əvvəlcədən xəbərdarlıq etmədən qeyri-qanuni olaraq “Qrok” kimi istifadə etməyə başladığı xatırladılıb.