“Real Madrid”in yeni transferi Kilian Mbappe ilə milli futbolçu Arda Gülər arasında məşqdə söhbət etdikləri bildirilib.
İndex.az İspaniyada yayımlanan “Defensa Central”a istinadən xəbər verir ki, baş məşqçi Karlo Ançelotti dünən keçirilən məşqdə Arda Gülər - Vinisius Junior – Kilian Mbappe üçlüyünü hücumçu kimi sınayıb.
Xəbərdə Mbappenin 19 yaşlı futbolçuya “Sənin qeyri-adi istedadın var, məni təəccübləndirdin…” dediyi iddia edilib.
İspaniya mətbuatının yazdığına görə, mövsümə yaxşı formada başlayan Arda Gülər haqqında danışan Mbappe onun parlayan ulduz olduğunu deyib.
A Seriya komandalarından olan “Real Madrid”in “Milan”la yoldaşlıq oyununda 45 dəqiqə meydanda olan Arda Gülər haqda danışan baş məşqçi Ançelotti isə bunları deyib:
“Arda Gülər tətildə çox yaxşı məşq etdi. Daha güclü, daha möhkəm və eyni keyfiyyətlə qayıtdı. Arda gələcəkdə yarımmüdafiədə oynasa, tarixin ən yaxşılarından biri ola bilər”.