2024-cü ildə ən çox satılan avtomobillər açıqlandı – “Tesla” taxtını itirdi

Avropa İttifaqı və Böyük Britaniyanın satış məlumatları 2024-cü ilin ilk altı ayında ən çox satılan avtomobilləri açıqlayıb.

İndex.az xəbər verir ki, keçən il “Model Y” ilə siyahının başında olan “Tesla”, bu il də eyni modeli ilə səkkizinci yeri tuta bildi.

143 min 596 ədəd satışla liderlik kürsüsünə oturan “Dacia Sandero”, sərfəli qiyməti və ən son şassi dizaynı və texnologiyası ilə hər kəsin rəğbətini qazanıb.

Tam f/p modeli olduğu üçün tələb olunan “Sandero”, satışları ilə bunu sübut etdi. Əfsanəvi “Volkswagen Golf” 126 min 993 satışla siyahıda ikinci olarkən, eyni zamanda f/p modeli olan “Renault Clio” 114 min 623 satışla üçüncü oldu.

“Clio”nun ardınca 111 min 381 ədədlə “Volkswagen T-Roc”, 107 min 97 satışla “Peugeot” 208 beşinci, “Scoda Octavia” 102 min 945 satışla altıncı, “Citroen C3” isə 102 min 304 satışla yeddinci yerdə qərarlaşıb.

Keçən ilin lideri “Tesla Model Y” 101 min 181 ədəd satışla səkkizinci yeri tutarkən, siyahının son iki cərgəsi “Toyota”nın məşhur modelləri “Yaris Cross” və “Yaris” olub. Hər iki avtomobilin satış rəqəmləri 99 min civarında olub.