İndiki vaxtda avtomobil istehsalçıları ciddi emissiya standartlarına riayət etməlidirlər. Bu, təbii ki, mühərrikin işində də özünü göstərir.
İndex.az xəbər verir ki, indiki avtomobillərdə istehsalçılar bəzi idman modelləri istisna olmaqla, yanacaq səmərəliliyini artırmağı hədəfləyirlər.
Əvvəllər bu narahatlıq daha az idi və istehsalçılar performansa daha çox diqqət yetirə bilirdilər.
Onu da xatırladaq ki, köhnə avtomobillər daha ağırdır.
Və təbii ki, buna görə də güclü mühərriklər lazım idi. Nəqliyyat vasitələrinin sürətlənmə və performans baxımından uğurlu olması üçün yüksək at gücü tələb olunurdu.
Xülasə, müasir avtomobillərdə yanacaq səmərəliliyi, emissiya və ətraf mühit faktorları daha çox əhəmiyyət kəsb edir.
Bu, yüksək at gücünə malik avtomobillərə ən böyük maneədir.