“Google”un araşdırma və inkişafa xərclədiyi məbləğ illər ötdükcə artmaqda davam edir.
İndex.az xəbər verir ki, “Google” 2015-ci ildə araşdırma və inkişaf üçün 10,5 milyard dollar pul xərclədiyi halda, 2024-cü ildə bu məbləğ 45,9 milyard dollara çatıb.
İndex.az “Google”un illər üztə araşdırma və inkişafa xərclədiyi məbləği sizə təqdim edir:
2015: 10,5 milyard dollar
2016: 12,9 milyard dollar
2017: 14,5 milyard dollar
2018: 17,7 milyard dollar
2019: 22,4 milyard dollar
2020: 26,8 milyard dollar
2021: 28,2 milyard dollar
2022: 33,2 milyard dollar
2023: 41,8 milyard dollar
2024: 45,9 milyard dollar