Bildiyiniz kimi, Türkiyədə səhər saatlarında dünyanın ən məşhur şəkil paylaşma proqramı olan “Instagram”a giriş bloklandı.
İndex.az xəbər verir ki, Türkiyə 57 milyon aktiv istifadəçi ilə ən çox “Instagram” istifadəçisi olan 5-ci ölkədir.
“Instagram” bir çox şirkət və fərdlər üçün iş yeridir. Buna görə də “Instagram”da tətbiq edilən giriş qadağası iqtisadiyyata baha başa gəlir.
İHA-ya danışan Elektron Ticarət Operatorları Dərnəyi (ETİD) İdarə Heyətinin sədr müavini Emre Ekmekçi mövzu ilə bağlı açıqlamasında bunları söylədi:
“Ümumi elektron ticarətin yüzdə 10-u sosial media üzərindən edilir. Bu, gündəlik 930 milyon TL-yə uyğun gəlir. Platformalarda influenserlər də daxil olmaqla, 1,9 milyard lirə əriməyə məruz qala bilər. O, tam olaraq yoxa çıxmır, lakin başqa vaxta və ya başqa platformaya keçir”.