“Audi”, Çin bazarı üçün xüsusi olaraq hazırlanmış yeni elektrikli avtomobil seriyasında simvolik dörd halqa loqotipindən istifadə etməmək qərarına gəldi.
İndex.az xəbər verir ki, bu yeni seriya “Audi”nin Çindəki tərəfdaşı “SAIC Motor” ilə birlikdə hazırlanacaq və əsasən yerli təchizatçılara və texnologiyaya əsaslanacaq.
“Audi”nin strateji qərarı öz brend imicini qorumaq və Çin bazarında rəqabət qabiliyyətini artırmaq məqsədi daşıyır.
Həmçinin Çin bazarındakı mövqeyini gücləndirmək və yerli istehlakçılara daha uyğun həllər təklif etmək məqsədi də daşıyır. Çin dünyanın ən böyük elektrik avtomobil bazarıdır və “Audi” bu böyük bazarda möhkəm yer əldə etmək istəyir. “Audi” və “SAIC Motor” bu yeni avtomobillərin tam “Audi” genlərinə sahib olacağını və yüksək keyfiyyət standartlarını qoruyacağını vurğuladı.