Paris 2024 Olimpiadası: Slovakiyalı üzgüçü yarışdan sonra yıxılıb, oksigen maskası taxılıb

Slovakiyalı üzgüçü Tamara Potocka Paris 2024 Olimpiadasında yarışdıqdan sonra hovuz kənarında yıxılıb.

İndex.az xəbər verir ki. 21 yaşlı Potocka, cümə günü səhər qadınlar arasında 200 metr məsafəyə üzgüçülük yarışı zamanı hovuzdan çıxdıqdan dərhal sonra yıxıldığı görülüb.

İlkin tibbi yardım göstərildikdən sonra slovakiyalı üzgüçü xəstəxanaya çatdırılıb. Bu arada idmançının oksigen maskası taxdığı da görünüb. Tibb işçiləri onun huşunun yerində olduğunu bildiriblər.

Potockaya ürək masajının icra edilib-edilmədiyi bəlli deyildi.

Yarışı 2 dəqiqə 14.20 saniyə nəticə ilə yeddinci yerdə başa vuran idmançı yarımfinaldan kənarlaşdırılıb.