Texnologiya şirkətlərinin hesabatları Avropa səhmlərinə mənfi təsir etdi

ABŞ-dakı texnologiya şirkətlərinin balans hesabatları Avropa səhmlərinə mənfi təsir edib.

İndex.az xəbər verir ki, Avropa səhmləri ABŞ-dakı texnologiya şirkətlərinin balans hesabatlarının pis olması səbəbindən satış dalğasını davam etdirdi.

Bayden administrasiyasının həftənin ortasında ticarət məhdudiyyətlərindən azad ediləcəyi xəbərindən sonra artan “ASML Holding” səhmləri həftənin son ticarət günündə də kəskin ucuzlaşıb.

ABŞ fyuçerslərində də dərin enişlər davam edib.

Həm “S&P 500” birjası (1% azalıb), həm də “Nasdaq 100” birjası (1,6% azalıb) günün minimumlarına yaxın olub.

Digər tərəfdən, Xəzinə istiqrazlarının artmasının ardından Almaniya dövlət istiqrazları da yüksəlib.

Almaniyanın 10 illik gəlirləri təxminən 3 baza bəndi azalaraq 2,21% təşkil edib ki, bu da fevralın əvvəlindən bəri ən aşağı səviyyədir.